Sahibkarlıq subyektərinin sosial sığorta yükünün aşağı salınması ilə bağlı qanun layihəsi hazırlanıb

Sahibkarlıq subyektərinin sosial sığorta yükünün aşağı salınması ilə bağlı qanun layihəsi hazırlanıb

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklər hazırlanıb.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Samirə Musayeva təkliflər paketində sosial sığorta yükünün azaldılması və sosial öhdəliklərin yerinə yetirilməsində inzibatçılığın sadələşdirilməsi ilə bağlı məsələləri şərh edərkən deyib.

Onun sözlərinə görə, “Sahibkarlıq subyektlərinə verilən dəstək tədbirlərinin içərisində həm də onların sosial sığorta yükünün azaldılması ilə bağlı təkliflər əksini tapıb. Belə ki, “Sosial sığorta haqqında” qanuna dəyişikliklər hazırlanıb. Həmin dəyişikliklər sahibkarlıq subyektləri, biznes icması və hökumət üzvləri ilə geniş müzakirələr aparıldıqdan sonra ölkə başçısı tərəfindən imzalanaraq Milli Məclisə təqdim olunub: “Sosial sığorta dərəcələrinin azaldılması təkliflər daha çox sosial sığorta yükünün, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin sosial sığorta dərəcəsinin azaldılması ilə bağlı hazırlanıb.

Belə ki, bu gün xidmətlərin göstərilməsini həyata keçirən fərdi sahibkarlar tərəfindən büdcədənkənar dövlət fonduna ödənilən sosial sığortanın dərəcəsi minimum aylıq əmək haqqının tikinti və ticarət sektorunda 50%, digər sahələrdə 25% olduğu halda, pandemiyanın sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı çətinliklər nəzərə alınaraq, 1 yanvar 2021-ci il tarixinədək həmin sahibkarlıq subyektlərinin sosial sığorta yükü aşağı salınıb. Təqdim olunan qanun layihəsinə əsasən, tikinti sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sosial sığorta yükü 25% dərəcəyə, digərlərinin sosial sığorta yükü 15%-ə endirilib. 2021-ci ildən sonra da sahibkarlıq subyektərinin sosial sığorta yükünün aşağı salınması ilə bağlı qanun layihəsi təqdim edilib”. 

Share