Şahmat üzrə Millətlər Kubokunda Azərbaycanı Teymur Rəcəbov təmsil edəcək

Şahmat üzrə Millətlər Kubokunda Azərbaycanı Teymur Rəcəbov təmsil edəcək

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Mayın 5-dən 10-dək 6 komandanın iştirakı ilə keçiriləcək Millətlər Kubokunda iştirak edəcək azərbaycanlı şahmatçının adı məlum olub.

AZƏRTAC xəbər verir ki, FIDE-nin və Chess.com saytının təşkilatçılığı ilə keçiriləcək yarışda Azərbaycanı Teymur Rəcəbov təmsil edəcək. Şahmatçımız dünya yığmasının heyətində oynayacaq.

Qeyd edək ki, turnirdə Rusiya, ABŞ, Avropa, Çin, Hindistanın komandaları və digər ölkələri təmsil edəcək yığma mübarizə aparacaq. Hər komanda 4 (onlardan biri qadın şahmatçı olmalıdır) şahmatçı ilə təmsil olunacaq.

Turnirin mükafat fondu 180 min ABŞ dollarıdır.

Share