"Şarl de Qoll" təyyarədaşıyan gəmisində koronavirusa yoluxanların sayı artıb

"Şarl de Qoll" təyyarədaşıyan gəmisində koronavirusa yoluxanların sayı artıb

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Şarl de Qoll” təyyarədaşıyan gəmisində koronavirusa yoluxanların sayı 1 046 nəfərə çatıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “BFMTV”yə Fransanın Silahlı Qüvvələr Nazirliyinin nümayəndələri deyib.

Bildirilir ki, gəmidə olan 1 760 dənizçidən 1 046 nəfərinin koronavirus testi müsbət nəticə verib. Hazırda 20-dən artıq dənizçi xəstəxanaya yerləşdirilib, bir nəfər reanimasiya şöbəsindədir.

Xatırladaq ki, Fransada koronavirusdan ölənlərin ümumi sayı 18 681 nəfərdir.

Share