Sebastyan Fettel Formula 1 yarışlarının azarkeşsiz keçirilməsinin əleyhinədir

Sebastyan Fettel Formula 1 yarışlarının azarkeşsiz keçirilməsinin əleyhinədir

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Formula 1 rəhbərliyi mövsümə yay aylarında başlamaq niyyətindədir. Hətta “Red Bull”un məsləhətçisi Helmut Marko Avstriyada ardıcıl 2 Qran-Prinin keçiriləcəyini də istisna etməyib. “Maklaren”in icraçı direktoru Zak Braun da Avropa Qran-Prilərini azarkeşsiz keçirməyə hazırlaşdıqlarını bildirib. “Ferrari” pilotu Sebastyan Fettel isə bu deyilənlərlə razılaşmayıb.

AZƏRTAC xəbər verir ki, almaniyalı dördqat dünya çempionu azarkeşsiz yarışların mənasız olduğunu bildirib. “Ferrari”pilotunun sözlərinə görə belə vəziyyətdə gözləmək ideal variantdır: “Əlbəttə, indiki şəraitdə baş verənlərə doğru qiymət vermək lazımdır. Formula 1-in maliyyə tərəfini nəzərə almaya bilmərik. Çempionat və komandalar yaşamalıdır. Amma digər tərəfdən də öz idman növümzün imicini də fikirləşməliyik. Azarkeş olmadan Formula 1 Qran-Prisini təşkil etməyin əhəmiyyəti yoxdur. Yaxşısı budur ki, belə vəziyyətdə tələsməyək. Yarışı azarkeşsiz keçirməkdənsə, vəziyyətin düzələcəyini gözləmək daha yaxşıdır”.

Share