Siz hər zaman vətəndaşın yanında olur, onun sevincinə də, kədərinə də şərik çıxırsınız – Vətəndaşlar Azərbaycan Prezidentinə təşəkkür edirlər

Siz hər zaman vətəndaşın yanında olur, onun sevincinə də, kədərinə də şərik çıxırsınız – Vətəndaşlar Azərbaycan Prezidentinə təşəkkür edirlər

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Trend Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Ağdam rayonu sakini Allahverdi Məmmədov yazır ki, dünyanı bürüyən bu pandemiya Azərbaycandan da yan keçmədi:

“Hörmətli cənab Prezident. Mənim 80 yaşım var. Bu ağır günlərdə Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz bizim qurtuluşumuz oldu. Aprel döyüşləri zamanı bizim kəndimizə gəldiniz və bizə ruh verdiniz. Çətin günlərdə bizimlə oldunuz. Yandırılıb dağıdılan evləri nəzarətə götürdünüz, lazımi tapşırıqlar verdiniz. Az müddətdə evlər tikildi, bərpa olundu. Bu evlərin açılışında Siz və Mehriban xanım Əliyeva da iştirak etdiniz. İnanırıq ki, bu çətinliklərə də Sizin rəhbərliyinizlə qalib gələcəyik. Arzu edirəm, heç zaman yorulmayasınız. Allah köməyiniz olsun. Azərbaycan xalqı fəxr eləsin ki, Sizin kimi dünya şöhrətli Prezidentimiz var. Allah Sizi qorusun, Siz də biz vətəndaşları”.

Füzuli rayonu sakini Sevil Məmmədova isə qeyd edir ki, bir vətəndaş olaraq bu ağır günlərdə Prezident İlham Əliyevə minnətdarlıq məktubu yazmağı özünə borc bilir:

Share