Sözlə əməl birliyi Azərbaycanın uğurlarının təminatıdır

Sözlə əməl birliyi Azərbaycanın uğurlarının təminatıdır

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dövətimizin başçısı İlham Əliyev bildirir ki, bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik

Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm baza mövcuddur

Möhtərəm Prezidentimiz İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda bu mühüm amili bir daha vurğulamışdır ki, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründəki bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir: “Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”.

Təbii ki, ölkə Prezidentinin bu fikirləri Azərbaycanın malik olduğu möhkəm iqtisadi bazaya əsaslanır. İslahatların zamanın, dövrün tələblərinə uyğun təkmilləşməsi, neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı, bir sözlə, iqtisadi inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması və uğurlu icrası hər bir ölkənin inkişafında vacib amil olan iqtisadiyyatın dayanıqlılığının təminatında əhəmiyyətli rol oynayır. Necə ki, koronavirus pandemiyasının törətdiyi fəsadların aradan qaldırılması dünya ölkələrinin iqtisadi və sosial imkanlarının təqdimatı oldu, bu dəhşətli virus vəziyyətdən uğurla çıxmaq üçün ölkələrin təcrübəsinin bir daha nəzərdən keçirilməsini aktuallaşdırdı.

Azərbaycanın pandemiyanın geniş yayılmağa başladığı və artıq demək olar ki. bütün dünya dövlətlərini ağuşuna aldığı dövrə təsadüf edən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək, ölkəmizin ilin ötən 3 ayında öz vətəndaşlarını bu ümumbəşəri bəladan qorumaqla yanaşı, iqtisadi inkişaf sahəsində də böyük uğurlara nail olduğunu açıq-aydın görərik. Yanvar-fevral aylarında ümumi daxili məhsul 3 faizə yaxın artıb. Qeyri -neft sektorunda artım 7 faizə yaxın, qeyri-neft sənaye sektorunda 23 faizdir. İnflyasiya 3 faiz səviyyəsindədir. Əhalinin gəlirləri 7 faizə yaxındır. Orta aylıq əməkhaqqı 28 faiz, orta pensiya 27 faiz artıb. Ölkəmizdə orta aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır. Bir sözlə, ölkəmiz 2020-ci ilə uğurla başlayıb, islahatların davam etdirilməsi mühüm nəticələrə gətirib çıxarıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə ifadə etdiyi bu əminlik də ölkəmizin uğurlarına, qarşıya qoyduğu hədəflərə nail olmaq məqsədilə zəruri addımların atılması istiqamətində göstərdiyi səylərə, nəzərdə tutulan mexanizmlərin icrası üçün tələb olunan maliyyə imkanlarına malik olmasına əsaslanır: “Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.”

Share