"Survivor"dan çıxan Pərviz Bakıya qayıda bilmir –  Video

"Survivor"dan çıxan Pərviz Bakıya qayıda bilmir – Video

16.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Son oyunlarda ayağım zədələnmişdi, qırılma təhlükəsi var idi. Hazırda düzəlib. Bir də orada yemək yox idi, 12 kiloqram çəki atmışdım. İndi yeyirəm və çəkim düzəlir”.

bu sözləri TV8-də yayımlanan “Survivor” yarışmasına qatılan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev deyib. “ATV xəbər”in virtual qonağı olan idmançı hazırda Dominikanda karantində olduğunu söyləyib:

“Dominikanda mərkəzdə qalırıq. Burada saat 5-dən sonra küçəyə çıxmaq olmaz. Marketə də getməyə icazə verilmir. Təyyarələr açılsın Türkiyəyə gedəcəm. Orada 14 gün karantində qalmalıyam. 3 aydır Azərbaycandan uzaqlaşmışam, çox darıxıram. Türkiyədən sonra da Bakıda karantində qalmalıyam. Yəqin ki, mayın sonunda Bakıya gələ bilərəm”.

Share