TƏBİB bugünkü test sayını açıqladı

TƏBİB bugünkü test sayını açıqladı

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu gün Azərbaycanda koronavirusla bağlı 5 457 test edilib.

bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aprelin 22-nə açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 108 min 221 test edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 38 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək ölkədə 1 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 907-si sağalıb, 20-si ölüb. Hazırda aktiv xəstə sayı 591-dir.

Share