"Tamaşa elə sıxıcı idi ki, yarımçıq getdim" –  Rafael

"Tamaşa elə sıxıcı idi ki, yarımçıq getdim" – Rafael

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Əyləncənin dəyişilməyən ünvanı Keşlədəyəm. İdman alətlərini bacım uşaqlarına vermişdim. gedib hamısını alıb gətirmişəm. Kitab oxuyur, sosial şəbəkələrlə başımı qatıram. Həftədə bir dəfə boks edirdim. Həftədə iki dəfə isə idman zalına gedirdim. İndi evdə yüngül idman hərəkətləri edirəm. Arada ssenarilər də yazıram. Bütün müharibəni keçmiş dostlarımdan faktlar toplayır, yazıram”.

bu sözləri Əməkdar artist Rafael İsgəndərov həmkarı Bəhram Bağırzadənin İnstaqramda canlı yayımda qonağı olarkən deyib. Aktyor film ssenariləri yazdığını söyləyib. O bildirib ki, yazdıqlarının çox hissəsi Qarabağ müharibəsinə həsr edilib.

“Bu şəhərdə”nin aktyoru hazırda nümayiş olunan tamaşaları tənqid edib. O, aktyorların maraqsız oynadığını söyləyib:

“Azərbaycanda istedadlı aktyorlar var. Sadəcə, onların üzə çıxmağına gərək kimsə dəstək olsun. Hərdən məyus oluram ki, istədiyim film, tamaşa yoxdur. Bir tamaşaya dəvət olunmuşdum. Birinci hissə bitən kimi durub getdim. Sıxıldım, dedim, tez çıxım buradan. Oturub sona kimi telefonla oynayardım, vaxtı keçirə bilərdim. Amma vicdansızlıq olardı”.

Share