“The Sun”: Sanço “Mançester Yunayted”lə razılığa gəlib

“The Sun”: Sanço “Mançester Yunayted”lə razılığa gəlib

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Almaniyanın “Borussiya Dortmund” klubunun və İngiltərə millisinin futbolçusu Ceydon Sanço “Mançester Yunayted”də transferi barəsində razılığa gəlib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri xəbər yayıb.

Mənbənin sözlərinə görə, tərəflər müqavilənin müddəti, futbolçunun məvacibi, bonuslar və kompensasiya miqdarı barədə razılığa gəliblər.

Sanço üçün ödəniləcək transfer məbləğinin İngiltərə klubları arasında rekord olacağı gözlənilir. Bu vaxta kimi Premyer Liqa klubları arasında ən bahalı transfer İtaliyanın “Yuventus” klubundan “Mançester Yunayted”ə 102 milyon avro müqabilində keçən Pol Poqbadır.

Sanço 2017-2018-ci il mövsümündən bəri “Borussiya”nın şərəfini qoruyur. Ümumilikdə futbolçu klubla 90 oyun keçirib, 31 qol və 42 məhsuldar ötürmə ilə yadda qalıb.

Share