Tovuzda top mərmisinin qalıqları tapılıb (FOTO)

Tovuzda top mərmisinin qalıqları tapılıb (FOTO)

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Tovuzda partlamış top mərmisinin qalıqları aşkarlanıb.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, aprelin 20-də saat 12:11-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Əlibəyli kəndi ərazisində, bağ sahəsində mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidə 350 kv.m əraziyə yerüstü, 270 kv.m əraziyə isə yeraltı baxış keçirilib, partlamış top mərmisinin qalıqları aşkar olunub.

Share