Tovuzda yol qəzasında sürücü ağır xəsarət alıb

Tovuzda yol qəzasında sürücü ağır xəsarət alıb

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çeşməli kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü İsayev Ədalət Fərman oğlu idarə etdiyi “NİVA” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Share