Tramp əvvəlcə generalın ölümünə icazə verməyibmiş
05.01.2020ABŞ Prezidenti Donald Tramp Pentaqonun və ABŞ kəşfiyyatının son məlumatlarına zidd gedərək İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin zərərsizləşdirilməsi əmrini verib.
«The New York Times» bu barədə Donald Tramp administrasiyasındakı mənbələrə istinadən informasiya yayıb.
Məlumata görə, hələ dekabrın 28-də ABŞ prezidenti Süleymaninin birbaşa məhv edilməsindən imtina edib, əvəzində isə dekabrın 30-da İraqın Suriya sərhədi yaxınlığındakı Əl-Qaim şəhərindəki şiə qrupu «Kataib Hizbullah»ın düşərgəsinə hücum əmri verib.
Bu qərar nəticəsində 25 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Sözügedən hadisə ABŞ-ın Bağdaddakı səfirliyi yaxınlığında etiraz aksiyalarına səbəb olub.