Tramp ABŞ gəmilərinə maneə törədən İran katerlərini məhv etmək tapşırığı verib

Tramp ABŞ gəmilərinə maneə törədən İran katerlərini məhv etmək tapşırığı verib

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

ABŞ Prezidenti Donald Tramp Hərbi-Dəniz Qüvvələrinə onun gəmilərinə maneə törədən İran katerlərini məhv etməklə bağlı tapşırıq verib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp özünün “Twitter” səhifəsində yazıb.

O, tapşırığı ilə bağlı hər hansı bir təfərrüat açıqlamayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Hərbi-Dəniz Qüvvələrinin beşinci donanması Fars körfəzində İran katerlərinin ABŞ gəmilərinin yaxınlığında təhlükəli manevrlər keçirdiyini bildirmişdi. Katerlərin ABŞ hərbi gəmilərinə 9 metr məsafəyədək yaxınlaşdığı deyilmişdi.

Share