Tramp: ABŞ İrana süni tənəffüs aparatları verməyə hazırdır

Tramp: ABŞ İrana süni tənəffüs aparatları verməyə hazırdır

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

ABŞ koronavirusun yayılmasına qarşı mübarizə üzrə yardım formasında İrana süni tənəffüs aparatları verməyə hazırdır.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə keçirilən brifinq zamanı ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: “Mən vəzifəmə başlayan zaman İran bütün Yaxın Şərqi nəzarətə götürməyə hazır idi. Hazırda isə onlar sağ qalmağı düşünürlər – onlarda hər heftə etirazlar keçirilir, koronavirusa görə böyük gərginlik var və mən bunun olmamasına üstünlük verərdim. Mən onlara kömək etməyi təklif eləmişəm”.

ABŞ prezidenti əlavə edib: “Əgər onlara süni tənəffüs aparatları lazım olarsa, mən onlara bu aparatları göndərərəm. Bizdə ehtiyyatda minlərlə süni tənəffüs aparatı var”.

Share