Tramp: Çin pandemiyanın yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər

Tramp: Çin pandemiyanın yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Çin koronavirus pandemiyasının yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə keçirilən brifinq zamanı ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: “Biz araşdırma aparırıq, baxaq, görək araşdırma necə gedəcək. <...> Əgər onlar (çinlilər – red.) şüurlu şəkildə buna yol veriblərsə, onda bunun nəticələri olmalıdır”.

Onun sözlərinə görə, baş verənlərə qədər Vaşinqton və Pekin arasında münasibətlər konstruktiv olub: “Biz ticarət razılaşması imzaladıq, Çin bizim fermerlərdən 250 milyard dollarlıq məhsullar alır, biz razılaşmanı imzalayanda münasibətlərimiz yaxşı idi”.

Share