Tünzalədən ondan küsən Abbasa və söz atan Sevdaya cavab

Tünzalədən ondan küsən Abbasa və söz atan Sevdaya cavab

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Hamıya elə gəlirdi ki, evdə oturmaq çətindir. İlk günlər deyirdik, necə evdə oturacağıq? Amma evin keyfini çıxarmaq laızmdır. Aylar sonraya saxladığınız işləri edin. Qızım İstanbulda ev izolasiyasındadır. Mən də anamla qalmışam”.

bu sözləri Xalq artisti Tünzalə Ağayeva “X maqazin”ə açıqlamasında deyib. Müğənni karantin günlərini necə keçirməsindən bəhs edib. Ağayeva Əməkdar artist Sevda Ələkbrzadə ilə adının qalmaqalda hallanmasına münasibət bildirib:

“Sevda dəyərli dostum, bacımdır. Onun özünü, sənətini sevirəm. İnanıram ki, sözləri bizim layihəyə deməyib. İnanıram ki, bu, süni, yalançı mübahisədir”.

Tünzalə “Evdə qal” layihəsinə dəvət etmədiyi üçün Əməkdar artist Abbas Bağırovun ondan küsməsindən də bəhs edib:

“Küsməsin, inciməsin. Layihəni hazırlayanda siyahıda ilk yerdə adı olanlardan biri Abbas idi. Amma sonra elə gətirdi ki, olmadı. Qismət belə gətirdi. Küsməsin, onu sevirəm”.

Qeyd edək ki, S.Ələkbərzadə sosial şəbəkədə “Biz sizə koronavirus haqqında mahnı oxumaq istəmədik, çünki o buna layiq deyil. Evdə qalmaq haqqında da mahnı oxumaq istəmədik. Sadəcə, bu çətin günlərdə əhvalınızı yüksəltmək, evdə qaldığınız günləri bir qədər maraqlı etmək istədik. Hamınız mənim ifamda Elza İbrahimova və Dəmir Gədəbəylinin “Sən yadıma düşəndə” mahnısını çox sevirsiniz.

Ona görə əziz dostum, neçə illər birgə çalışdığım peşəkar pianoçu, Əməkdar artist Elçin Şirinovla birgə bu mahnı ilə karantindəki günlərinizə rəng qatmaq istəyirik” sözlərini yazıb. Onun bu ifadələri Tünzalənin ünvanına dediyi güman edilib.

Share