Türkiyədə koronavirus epidemiyasında qara günün dostu: Texniki Peşə Təhsili

Türkiyədə koronavirus epidemiyasında qara günün dostu: Texniki Peşə Təhsili

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyənin koronavirus epidemiyasına qarşı mübarizəsində texniki peşə təhsilinin rolu elmi nəşr olub. Türkiyə Milli Təhsil nazirinin müavini professor Mahmud Özerin “Türkiyədə Koronavirüs Epidemiyasında – Qara Günün Dostu: Texniki Peşə Təhsili” adlı məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd olunub ki, Türkiyədə texniki peşə təhsilinin əhəmiyyəti koronavirus epidemiyası ilə mübarizə zamanı daha da önəmli olub.

Artan istehsal gücü ilə texniki peşə təhsilinin əhəmiyyəti bu çətin günlərdə cəmiyyətin ehtiyaclarını ödəyən əsas aktyorlardan birinə çevrilib. Tədqiqatda texniki peşə təhsili müəssisələri tərəfindən koronavirus epidemiyası ilə mübarizə prosesində həyata keçirilən istehsal prosesləri müzakirə olunmaqla yanaşı texniki peşə təhsilinin inkişaf etdirilməsi üçün atılması vacib olan addımlar və inkişaf sahələri də qısaca qiymətləndirilib.

Qeyd edilib ki, epidemiya günlərində təmizlik ləvazimatları, tibbi maskalar və birdəfəlik istifadə olunan materiallar təmin edilməsi ən çətin məsələlərdən biridir. Milli Təhsil Nazirliyinin dəstəyi ilə Anadolu Texniki Peşə Liseylərində ayda təxminən 10 milyon ədəd maska istehsal edilir.

Türkiyənin müxtəlif bölgələrində yerləşən bütün məktəblərin təmizlik ləvazimatı ehtiyacları Anadolu Texniki Peşə Liseylərində istehsal edilən məhsullarla təmin edilir.

Share