Türkiyədə koronavirusdan daha 119 nəfər dünyasını dəyişib

Türkiyədə koronavirusdan daha 119 nəfər dünyasını dəyişib

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyədə son 24 saat ərzində daha 119 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, aprelin 21-də ölkə üzrə 39 min 429 nəfər üzərində test aparılıb, 4 611 yeni yoluxma halı qeydə alınıb.

Son sutka ərzində koronavirusdan1488 nəfər sağalıb. Sağalanların ümumi sayı 14 918 nəfər təşkil edir.

Share