Türkiyədə qadın mafiya başçısı tutuldu

Türkiyədə qadın mafiya başçısı tutuldu

23.11.2021 Off By Füzuli İsmayılov

Türkiyənin İstanbul şəhərində mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib.

Əməliyyatlar nəticəsində “Xanımağa” ləqəbli qruplaşma lideri Güniz Akkuş və onun adamı Mustafa Kamal Yavuz ələ keçirilib.

Yerli mediada yer alan xəbərə görə, polisin keçirdiyi əməliyyatlar “qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, xəsarət yetirmə, əmlaka zərər vurma və talama” faktları ilə əlaqədar olub.

Güniz Akkuş və Mustafa Kamal Yavuz məhkəmə zalındaca həbs olunaraq, cəzaçəkmə məntəqəsinə göndərilib.

“HAKİMİYYET.com”

Share