Türkiyədə son sutka ərzində koronavirusdan 127 nəfər dünyasını dəyişib

Türkiyədə son sutka ərzində koronavirusdan 127 nəfər dünyasını dəyişib

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyədə son 24 saat ərzində daha 127 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2017 nəfərə çatıb.

Ölkədə 3 977 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 86 306 nəfərə çatıb.

Onun sözlərinə görə, ötən sutka ərzində 1 523 nəfər sağalıb, sağalanların ümumi sayı 11 976 nəfər təşkil edir.

Share