
Türkiyənin Ukraynadakı səfiri: Azərbaycan digər ölkələr üçün örnək ola biləcək islahatlar həyata keçirir
05.12.2019Güclü iqtisadiyyata və siyasi proseslərdə böyük rola malik olan Azərbaycanda son vaxtlar ciddi islahatlar həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi bu islahatlar yüksək qiymətə layiqdir.
Bu fikirləri Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə söyləyib.
Səfir bildirib ki, Azərbaycan digər ölkələr üçün örnək ola biləcək siyasi, iqtisadi və kadr islahatları həyata keçirir. “Türkiyə olaraq biz bu yolda Azərbaycana uğurlar arzulayırıq və inanırıq ki, bu islahatlar Azərbaycanın daha da güclənməsinə öz töhfəsini verəcək”, — deyə səfir əlavə edib.
Diplomat vurğulayıb ki, Türkiyə Azərbaycanın regionda daha da güclənməsində maraqlıdır. “Biz istəyirik ki, Azərbaycanın mövqeləri bütün dünyada daha da güclənsin”, — deyə o bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev