Üç ayda hər bir ölkə sakini 201,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Üç ayda hər bir ölkə sakini 201,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Birinci rübdə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,5 faiz azalaraq 2 milyard 6,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 472,5 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Cari ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 201,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 11 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Share