Üç ayda kommersiya qurumlarının 63,6 faizi elektron qeydiyyata alınıb

Üç ayda kommersiya qurumlarının 63,6 faizi elektron qeydiyyata alınıb

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Cari ilin birinci rübündə kommersiya qurumlarının 63,6 faizi elektron qaydada qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən -a bildirilib ki, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91,2 faiz təşkil edib. 2019-cu ildən tətbiq olunan yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) bu ilin 3 ayında 270 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (MMC) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 9,6 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 13,8 faiz təşkil edib.

Əsasən 2019-cu ilin hər bir ayı üzrə müşahidə olunmuş dövlət qeydiyyatının artım dinamikası hesabına həmin ilin müvafiq dövrü ilə müqayisədə cari il aprel ayının 1-nə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin sayı 14 min 801 vahid və ya 11,5 faiz artıb.

Share