Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası ilk dəfə videokonfrans şəklində keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası ilk dəfə videokonfrans şəklində keçirilib

17.04.2020 Off By admin

Ölkəmizdə koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edilməsi çərçivəsində Vəkillər Kollegiyasının Rəyasət Heyəti öz işi rejimini məhdudlaşdırmaqla distant formaya uyğun qurub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq aprelin 17-də ilk dəfə olaraq Vəkillər Kollegiyası Rəyasət Heyətinin onlayn video iclası keçirilib.

Vəkillər Kollegiyasından bildiriblər ki, iclası giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov iştirakçılara qurumun cari, xüsusilə pandemiyaya qarşı mübarizə şəraitində vəkillərin fəaliyyəti barədə məlumat verib, bu dönəmdə insanların hüquq və azadlıqlarının müdafiəsi baxımından vəkillərin hərəkət sərbəstliyinin zəruriliyi nəzərə alınaraq Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli qərarı ilə onların ölkə daxilində maneəsiz hərəkətinə şərait yaradılmasına görə Rəysaət Heyətinin üzvləri və vəkillər adından dövlətimizə öz təşəkkürünü bildirib, habelə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanına uyğun olaraq dövlət hesabına həyata keçirilən hüquqi yardıma görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılmış vəsaitin vəkillərə ödənilməsi vəziyyəti barədə Rəyasət Heyətinin üzvlərini məlumatlandırıb. Bundan başqa, iclasda vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, səhhəti və sair səbəblərlə bağlı bir sıra vəkillərin fəaliyyətlərinə xitam verilməsi məsələlərinə baxılıb.

İclasda, həmçinin vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik siyahıları təsdiq olunub.

Yekunda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

“Hakimiyyət” qəzeti

Share