Vətəndaşlar Prezident İlham Əliyevə təşəkkür edir: “Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz”

Vətəndaşlar Prezident İlham Əliyevə təşəkkür edir: “Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz”

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Trend Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Tərtər rayonundan Sosella Bayramova ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atıldığını vurğulayaraq yazır: “Möhtərəm cənab Prezidentimiz. son vaxtlar dünyada geniş yayılmış koronovirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Cənab Prezident, böyük bir bəla olan koronovirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə bir ana, nənə, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşı kimi dərin minnətdarlığımı bildirirəm. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi qorusun!”.

Hacıqabul şəhərinin sakini Vüsalə İbrahimova qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə koronovirusa qarşı mübarizədə dövlətin vaxtında qabaqlayıcı tədbirlər gördüyünü bildirir. O yazır: “Möhtərəm cənab Prezident, bu gün ölkəmizdə aparılan inqilabi islahatların ən gözəl nəticələri hiss olunmaqdadır. Ümummilli lider Heydər Əliyev akademiyasının bir nömrəli və möhtəşəm məzunu kimi, Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVİD-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Cənab Prezident, Hacıqabul şəhər sakinləri bütün bunlara görə Sizə təşəkkür edir. Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq”.

Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşən xalqımızın bu çətin günlərdən də uğurla keçəcəyinə əminliyini ifadə edən Gəncə şəhərinin sakini Səbinə Qəhrəmanova yazır: “Möhtərəm cənab Prezident, hazırda dünyada ən böyük problem olan koronovirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə gördüyünüz qabaqlayıcı tədbirlər, pandemiyanın təsirinin azaldılması üçün atılan addımlar alqışa layiqdir. Sizin də dediyiniz kimi, Azərbaycan xalqının rifahı hər şeydən üstündür. Həm özümüz üçün, həm də Vətənimiz naminə Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara biz gəncəlilər ciddi əməl edirik. Sizin siyasətinizin ətrafında hər zaman sıx birləşən xalqımız bu çətin günlərdən də uğurla keçəcək. Biz buna inanırıq, hörmətli cənab Prezident. Xalqımıza, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan cansağlığı arzu edirik”.

Share