Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb

Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb.

Nazirlikdən Trend-ə bildirilib ki, Çağrı Mərkəzi tam gücü ilə fəaliyyət göstərir.

Qeyd edilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi çərçivəsində bir sıra strukturların fəaliyyəti sosial təcridetmə tələblərinə uyğunlaşdırılıb. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün Vergilər Nazirliyi tərəfindən hələ ötən ay Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədilə onların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bütün bunlar isə təbii ki, Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə müraciətlərin sayının kəskin şəkildə artmasına səbəb olub. Son 3 həftə ərzində Mərkəzə daxil olan zənglərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artaraq 73.555-ə çatıb. Bu müddət ərzində itirilmiş zənglər və zəng sifarişləri üzrə edilən əks əlaqələr də daxil olmaqla, ümumilikdə 35.663 zəng təmsilçilər tərəfindən cavablandırılıb.

Daha çox vahid bəyannamənin tətbiqi, onların doldurulma və göndərilmə qaydaları (daxil olan sualların ümumi sayında xüsusi çəkisi – 14%), “Asan imza” sertifikatının yeni formadan əldə edilməsi (13%) barədə sualların sayı artıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən maliyyə dəstəyi ilə bağlı da müraciətlərin sayında ciddi artım qeydə alınıb.

Share