Vüqar Bayramov: Ölkəmizdə reallaşdırılan siyasətin əsas hədəfi vətəndaşların sosial təminatının gücləndirilməsidir

Vüqar Bayramov: Ölkəmizdə reallaşdırılan siyasətin əsas hədəfi vətəndaşların sosial təminatının gücləndirilməsidir

17.04.2020 Off By admin

Pandemiyanın vətəndaşlara təsirinin minimumlaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Nəzərə alsaq ki, hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, dövlət başçısının tapşırığına əsasən, məhz məşğul olmayan vətəndaşların sosial təminatının gücləndirilməsi ilə bağlı bir sıra proqramların icrası və bəzi icra olunan proqramların genişləndirilməsi həyata keçirilir. Birdəfəlik ödəniş alan vətəndaşların sayında artım müşahidə olunur. Mövcud proqramların genişləndirilməsi və daha çox vətəndaşı əhatə etməsi üçün dövlət büdcəsindən vəsait ayrılır. Pandemiya dövründə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycanda reallaşdırılan siyasətin əsas hədəfi vətəndaşların sosial təminatının gücləndirilməsidir. Bu istiqamətdə DOST mərkəzləri vasitəsilə ödənişli ictimai iş yerlərinin yaradılması üçün 30 milyon manat vəsait ayrılacaq. Bu, 50 min vətəndaşımızın ödənişli sosial iş yerlərindən faydalanmasına imkan verəcək. Bununla da ödənişli ictimai işlərdə faydalanan vətəndaşların sayı 90 minə çatacaq. Digər istiqamətlərdə, o cümlədən birdəfəlik sosial yardımların verilmə əhatəsi də genişlənməkdədir.

“Aprelin 14-də keçirilən müşavirədə Prezident İlham Əliyev pandemiyanın təsir etdiyi bütün vətəndaşların sosial təminatının gücləndirilməsi ilə bağlı göstərişlər verdi. Bu da daha çox vətəndaşımızın sosial paketdən faydalanmasına imkan verəcək. Nəzərə alsaq ki, iqtisadi paket məşğul əhalinin sosial təminatının gücləndirilməsinə xidmət etməkdədir. Bu istiqamətdə sahibkarlıq subyektləri, eləcə də fərdi sahibkarlar tərəfindən müraciətlər daxil olur. Ödənişlərin yaxın zamanlarda başlanması nəzərdə tutulur. Özünüməşğulluq proqramı, ünvanlı sosial yardım proqramlarının genişləndirilməsi həyata keçirilir. Bu proqramlar çərçivəsində daha çox vətəndaşımızın sosial təminatının gücləndirilməsi reallaşır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaşı 65-dən çox olan vətəndaşlara xidmət göstərən işçilərin əməkhaqları iki dəfəyədək artırıldı. Bu, həm vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından vacibdir, eyni zamanda, həmin sosial xidmətlərin həyata keçirən vətəndaşlarımıza dövlətin xüsusi qayğısıdır. Bu baxımdan pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin hər bir vətəndaşa xüsusi diqqəti, onun sosial təminatının gücləndirilməsi ilə bağlı siyasi iradəsi var. Bu da pandemiya dövründə həmrəyliyin bir daha gücləndirilməsi mənasına gəlir. Məhz bu həmrəylik sayəsində koronavirusun təsir etdiyi vətəndaşlarının sosial təminatının gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır”, – deyə V.Bayramov qeyd edib.

Share