Xaçmaz sakini həmkəndlisini tüfənglə yaralayıb

Xaçmaz sakini həmkəndlisini tüfənglə yaralayıb

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Xaçmaz rayonunun Ağtala kənd sakini M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən F.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Xaçmaz rayonunun Ağtala kəndi ərazisində kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülmüşdür. F.Quliyev saxlanılmış, onun sərxoş halda olması müəyyən edilib.

Araşdırma aparılır.

Share