Xalqın qayğıkeşi: Prezident İlham Əliyev gerçəkliyinin qürur mücəssəməsi!

Xalqın qayğıkeşi: Prezident İlham Əliyev gerçəkliyinin qürur mücəssəməsi!

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasını, ümumiyyətlə, bu dəyərlərin formalaşaraq inkişafını dövlət siyasətinin əsas təməli kimi tərənnüm edib. Söz yox ki, bütün bunlar bütövlükdə milli mənəviyyatın, habelə əxlaqi dəyərlərin təcəssümü olaraq da qiymətləndirilə bilər. Bu baxımdan onu da deyə bilərik ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin irsini hifz edərək onu qoruyub saxlayıb. Ümummilli Liderimiz bu xüsusda vurğulamışdır: “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Bu gün həmin siyasət Onun layiqli davamçısı və siyasi varisi, Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Çünki o da bəllidir ki, mütərəqqi sosial siyasət həyata keçirilən Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, insan amilinə xüsusi diqqət yetirilir. Yəni vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin təminatı daim diqqət mərkəzində saxlanılır və biz bunu tarix kimi yaşamaqla yanaşı, həm də vətəndaş, xalqın nümayəndəsi olaraq davamlı şəkildə müşahidə etməkdəyik…

XALQ-PREZİDENT vəhdətinin, etimad və etibarının gerçəkliyi

Təbii ki, bu reallıqların arxasında dayanan mühüm məqam bilavasitə milli mənəviyyatın və dəyərlərin qorunması, insanlara həmin dəyərlər kontekstində diqqət faktoru dayanmaqdadır. Dövlətimizin başçısı hakimiyyətinin bütün dövlrərində Azərbaycanın hər bir bölgəsinə dəfələrlə səfərlər edir, əvvəllər verdiyi göstəriş və tapşırıqların nəticələri ilə maraqlanır, şəxsi nəzarətində saxlayır. Bütün bunlar vətəndaşa olan sevgi, hörmət və dəyər mücəssəmisidir!

Təkcə bu istiqamətdəki faktları sadalasaq, bir daha qeyd edə bilərik ki, xalqımızın Lideri daim vətəndaşlarla təmasda olamqla yanaşı, hətta ayrı-ayrılıqda onların problem və qayğılarını dinləyir, yerində qərarlar verir və XALQ-PREZİDENT vəhdətinin, etimad və etibarının reallığını nümayiş etdirir. Prezident İlham Əliyev atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayır. Bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir.

Share