Yaponiyada silahlı şəxs kafedə bir neçə nəfəri girov götürüb

Yaponiyada silahlı şəxs kafedə bir neçə nəfəri girov götürüb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Yaponiyanın Fukuoka şəhərində bıçaqla silahlanmış şəxs kafedə bir neçə nəfəri girov götürüb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “NHK” telekanalı xəbər verir.

Məlumata əsasən, girov götürülən şəxslər təxminən iki saatdır kafedədirlər. Hazırda insident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Bildirilir ki, polis əməkdaşları hadisə yerini mühasirəyə alıblar. Silahlı şəxsin kafenin sabiq əməkdaşı olduğu qeyd edilir.

Share