Yeniyetmələri xilas edən dalğıc məhkəmədə onu təhqir edən İlon Maska uduzdu
08.12.2019Los-Ancelesin andlılar məhkəməsi müəyyən edib ki, İlon Maskın britaniyalı dalğıc Vernon Ansvortu “pedofil” adlandırdığı tvit böhtan hesab olunmur. Buna görə Mask cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Məhkəmə zalından çıxan Mask jurnalistlərə açıqlamasında insanlığa inamının bərpa olduğunu bəyan edib.