Yunanıstanda tavernada atışma nəticəsində 2 nəfər ölüb

20.01.2020 Off By admin

Naməlumlar şəxslər Afina şəhərinin Vari rayonunda məşhur tavernaya gələnlərə atəş açıblar.

Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, hadisə Afinanın cənubunda yerləşən “Voskopula” tavernasında baş verib.

Öldürülənlərdən biri Sloveniya, digəri Monteneqro vətəndaşıdır.

Atışmadan dərhal sonra hücum edənlər qaçıb, polis axtarışlara başlayıb.

Share