“Yuventus” Canluici Buffonla yeni müqavilə məsələsində razılığa gəlib

“Yuventus” Canluici Buffonla yeni müqavilə məsələsində razılığa gəlib

17.04.2020 Off By admin

İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluici Buffon karyerasını başa vurmaq niyyətində deyil.

AZƏRTAC gazeta.ru saytına istinadla xəbər verir ki, 42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini 2021-ci ilin yayına kimi uzadıb.

Mənbənin bildirdiyinə görə, Buffon hazırkı müqaviləsində nəzərdə tutulan eyni maliyyə şərtləri ilə yeni bir razılaşmaya razılıq verib.

Tərəflər hələ koronavirus pandemiyası səbəbindən müqaviləyə rəsmi bir imza atmayıblar, lakin bu, İtaliyada yaranan vəziyyət sabitləşdikdə baş verəcək.

Share