“Yuventus” Zidanı baş məşqçi postuna gətirmək istəyir

“Yuventus” Zidanı baş məşqçi postuna gətirmək istəyir

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İtaliyanın “Yuventus” klubu baş məşqçi postunda Maurisio Sarrinin əvəzetməsi kimi İspaniyanın “Real Madrid” komandasının hazırkı baş məşqçisi Zinəddin Zidanı görür.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumata görə, Zidan klubun prezidenti Florentino Pereslə pis münasibətlərə görə Madrid təmsilçisini tərk edə bilər və “Yuventus” bundan istifadə etmək niyyətindədir.

Bildirilir ki, Turin klubunun nümayəndələri artıq fransız mütəxəssislə əlaqə saxlayıblar.

Qeyd edək ki, Z.Zidan futbolçu karyerası ərzində 1996-cı ildən 2001-ci ilə qədər “Yuventus”da çıxış edib. O, komandanın heyətində iki dəfə İtaliya çempionu olub, 1998-ci ildə keçirilən dünya çempionatında Fransa yığmasının heyətindəki müvəffəqiyyətli çıxışından sonra “Qızıl top” mükafatına layiq görülüb.

Share