“Zirə” klubu cari mövsümdə rekorda imza atıb

“Zirə” klubu cari mövsümdə rekorda imza atıb

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Premyer Liqasının koronavirus pandemiyası səbəbindən dayandırılan 2019/2020-ci illər mövsümündə 10 ev oyununa çıxan “Zirə” öz meydanında 16 qol vurub.

AZƏRTAC xəbər verir ki, “Qartallar”ın “doğma divarlar” arasındakı məhsuldarlığı 1,60-a bərabərdir. Bu, komanda üçün rekord göstəricidir. “Zirə” mövsüm bərpa edildikdən sonra bu göstəricini qoruya bilsə, rekordu rəsmiləşdirəcək.

Əvvəlki illərdə evdəki orta məhsuldarlığı 2 dəfə 1,50-yə bərabər olan komanda həmin göstəricini arxada qoyur. Həmin rekord gümüş mükafat qazanılan 2015/2016 və avrokuboklara vəsiqə əldə edilən 2017/2018 mövsümlərində qeydə alınıb.

Qeyd edək ki, ümumilikdə, 70 ev matçında 92 qol vuran “Zirə”nin orta məhsuldarlığı 1,31-dir.

Share