Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
22.08.2020Möhtərəm cənab Prezident.
Sizin apardığınız islahatlar nəticəsində ölkənin bütün sahələrində olduğu kimi, səhiyyədə də inkişaf göz qabağındadır. Bu sahənin inkişafına, savadlı həkim personalının yetişdirilməsinə görə atdığınız addımlar bizim daha sağlam, daha xoşbəxt yaşamağımıza xidmət edir. Məhz bu tədbirlər xalqımızı koronavirus bəlası ilə mübarizədə çox itkilər verməkdən qorudu.
Bunlar Sizin gərgin əməyinizin nəticəsidir. Müasir tələblərə cavab verən tibb müəssisələrində müalicə alanda, ətrafdakı inkişafı görəndə sadə insanların qəlbi dağa dönür.
Keçən ay ana olmağa hazırlaşan övladım Nahidə Qənbərovanın səhhətində narahatlıq yarandı. Ailəmiz çox ağır günlər yaşadı. Lakin fədakar həkimlərimizin sayəsində qızım və yeni doğulan körpə ölümdən xilas oldu. Dövlətimizə, öz peşəsinə sədaqət andı içən həkimlərimiz bu gün həmin andı əməlləri ilə doğruldurlar. Bizim sağlamlığımız üçün həyatlarını təhlükəyə atan həkimlərimizə borcluyuq.
Cənab Prezident, bütün sahələrdə, xüsusilə səhiyyənin inkişafı üçün görülən işlərə görə Sizə və Mehriban xanım Əliyevaya “çox sağ olun” deyirik.
Allah Sizləri qorusun.
Hörmətlə,
Yediyarov Neman Qulam oğlu
Azərbaycan Respublikası, Zərdab rayonu, Gəlmə kəndi.











