Anası Mervenin sevgilisindən danışdı
22.08.2020“Hakimiyyet.com” xəbər verir ki,
Aktrisa Merve Boluğur anası Nehra Boluğurla Nişantaşında görüntülənib.
Nehra qızının yeni sevgilisi haqda sualları cavablandırıb. Jurnalistlərin “Qızınızın sevgilisi ilə tanış oldunuz” sualına gülərək cavab verib.
“Tanış oldum. Burak çox yaxşı insandır. Onu bəyəndim” deyə, o əlavə edib.
Uzun müddətdir Çeşmədə anası ilə dincələn Merve “Anamı uzun müddətdir görmürdüm. Bu günü birlikdə keçirəcəyik” deyə, bildirib.











