“Başakşəhər” klubu “Monako”nun yarımmüdafiəçisini transfer edib

“Başakşəhər” klubu “Monako”nun yarımmüdafiəçisini transfer edib

10.09.2020 Off By admin

Fransanın “Monako” klubunun futbolçusu Naser Şadlinin İstanbulun “Başakşəhər” komandasına keçidi rəsmiləşib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Onun yeni klubunda 11 nömrəli forma geyinəcəyi bildirilib.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ildən “Monako”da oynayıb.

Share