Avropa Mərkəzi Bankı Avrozona iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb

Avropa Mərkəzi Bankı Avrozona iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb

10.09.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Avropa Mərkəzi Bankı cari il üçün Avrozonada real ÜDM-in azalma tempi üzrə proqnozunu iyundakı 8,7%-dən 8%-ə endirib.

“APA-Economics”in məlumatına görə, bu barədə Avropa Mərkəzi Bankı sədri Kristin Laqard (Christine Lagarde) bildirib.

Proqnozlara görə, 2021-ci ildə Avrozona iqtisadiyyatı 5,2%, 2022-ci ildə isə 3,3% artacaq.

İyun ayında tənzimləyici Avrozona iqtisadiyyatının bu il 8,7% azalacağını, növbəti ildə 5,2%, 2022-ci ildə isə 3,3% artacağını proqnozlaşdırırdı.

İnflyasiya üzrə gözləntilərə gəldikdə, 2020-ci il üzrə Avrozonada istehlak qiymətləri proqnozu dəyişməz qalıb – 0,3% səviyyəsində, 2021-ci ildə bu göstəricinin 1% (əvvəlki proqnoz 0,8% olub), 2022-ci ildə isə 1,3%-ə yüksələcəyi gözlənilir (proqnoz saxlanılıb).

Share