“Çelsi” klubu müdafiəçisi İtan Ampadunu icarəyə verib

“Çelsi” klubu müdafiəçisi İtan Ampadunu icarəyə verib

10.09.2020 Off By admin

İngiltərənin “Çelsi” futbol klubu müdafiəçisi İtan Ampadunu icarəyə verib.

AZƏRTAC xəbər verir ki, Uels millisinin üzvü karyerasını “Şeffild Yunayted”də davam etdirəcək. Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçu ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Ampadu 2017-ci ildə “Ekseter Siti”dən “Çelsi”yə keçib. O, 2019/2020-ci il mövsümündə icarə əsasında Almaniyanın “Leyptsiq” klubunda mübarizə aparıb.

Share