Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft yağlarının həcmi artıb, dəyəri isə azalıb

Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft yağlarının həcmi artıb, dəyəri isə azalıb

21.09.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin yanvar-avqust aylarında Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft yağlarının dəyəri illik müqayisədə 34% və ya 23 071,4 min dollar azalaraq 44 598,9 min dollar təşkil edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, idxal edilən məhsulun həcmi illik müqayisədə 24 667,5 ton və ya 20,1% artaraq 147 431 ton təşkil edib.

Xatırladaq ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycandan 67 670,3 min dollar dəyərində 122 763.5 ton neft və neft yağları idxal edib.

Share