Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu keçdi
21.09.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının sayı 31 milyonu keçib.
bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Universitetin məlumatına görə, hazırda dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 31 028 757 nəfərə çatıb, COVID-19 diaqnozu qoyulmuş 960 698 nəfər isə vəfat edib.
Bu müddət ərzində 21,2 milyondan çox insan müalicə olunaraq sağalıb.











