Pakistanda DƏHŞƏTLİ HADİSƏ: Onlarla ölü və yaralı var
29.02.2020Pakistanın cənubundakı Rohri rayonunda qatarla avtobusun toqquşması nəticəsində azı 30 nəfər həyatını itirib. Çox sayda yaralı var.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə avtobus dəmiryol xəttini keçməyə çalışarkən baş verib. Sürücü çox çalışsa da qəzadan yayına bilməyib.
Hadisəyə avtobus sürücüsünün səbəb olduğu bildirilir.
Anar Türkeş









