Azərbaycanlı həkim KORONAVİRUSLA BAĞLI HƏR ŞEYİ AÇDI

29.02.2020 Off By Füzuli İsmayılov

Koronavirus heyvanlardan insanlara keçən zoonoz tipli viruslardandır. Xəstəlik ilk dəfə 1960-cı ildə ümumi soyuqdəyməsi olan xəstələrin burun boşluğunda tapılıb. Koronavirus yuxarı tənəffüs yollarında iltihab prosesi yaradan respirator xarakter daşıyır və 10-a yaxın ştamı var”.

Bu sözləri Publika.az-a professor Adil Qeybulla deyib.

Professor bildirib ki, virusa ciddi yanaşılmalıdır: “Çünki hava-damcı yolu ilə yayılan xəstəlik təmas zamanı da yoluxa bilir. Virus yayılmağa meyilli olduğu üçün hər bir ölkədə karantin tədbirləri görülməlidir. Eyni zamanda karantin zonalarına güclü nəzarət olmalıdır”.

 

Tağı Həsənov

Share