Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
31.10.2020Möhtərəm cənab Prezident.
“Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” deyərək, xalqımızın səsini, haqq işimizi uzaqgörən dövlət xadimi kimi dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırdınız. Sülh yolu ilə münaqişənin həllində maraqlı olmayan təcavüzkar Ermənistanın işğalına son qoymaq üçün aldığınız qərarlar bizi sevindirir, ruhlandırır. Sizin rəhbərliyinizlə müzəffər ordumuz mənfur düşmənin yeni işğalçılıq əməllərinin, təxribatının qarşısının alınması, düşmən tapdağı altında olan tarixi torpaqlarımızın azad olunması məqsədi ilə əks-həmlə əməliyyatına başladı. Qısa zaman ərzində torpaqlarımızın bir hissəsinin düşmən tapdağından azad edilməsi, azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlını fərəhləndirir. Biz fəxr edirik ki, Sizin kimi müdrik Prezidentimiz, müzəffər Ali Baş Komandanımız var. Hamımız Sizi dəstəkləyirik. Bu uğura görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun! Müzəffər ordumuza Sizin rəhbərliyinizlə qələbə arzulayıram! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Nazlı İsmayılova
Azərbaycan Respublikası, Qax rayonu.










