Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

31.10.2020 Off By admin

Möhtərəm cənab Prezident.

Sizə bu məktubu yazan Yevlax şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdidir. Mən Vətənim Azərbaycanın Sizin kimi bacarıqlı bir Prezidenti olduğuna görə şad olduğumu bildirirəm. Siz hər dəfə televiziyada çıxış edərək xoş xəbərləri bizə çatdırarkən ailəlikcə Sizi qürurla izləyirik. Azərbaycan Ordusunun mübariz əsgərlərinin qəhrəmanlığı sayəsində işğal altında olan torpaqlarımız azad edilir. Siz demişkən, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Sizin ürəyimdən tikan çıxaran ən yaxşı sözünüz isə “Onları torpaqlarımızdan iti qovan kimi qovuruq və qovacağıq” ifadəsi oldu.

Cənab Prezident, mən özümün və ailəmin adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya salamlarımı çatdırıram. Biz Sizlərlə qürur duyuruq.

Hörmətlə,

Əsmanur Yusifli

Şagird

Azərbaycan Respublikası, Yevlax şəhəri.

Share