Hikmət Hacıyev ABŞ-ın şovinist erməni lobbi qruplarının “New York Times”a qarşı hücumlarını kəskin şəkildə qınayıb
02.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
“ABŞ-ın radikal, şovinist erməni lobbi qruplarının Fransada TF1 heyətinə qarşı olduğu kimi “New York Times”a qarşı da hücumlarını və təhdidlərini qətiyyətlə pisləyirik. İfadə azadlığını / azad medianı boğmağa çalışırlar. Həmin reportajın bəzi hissələri ilə biz də razılaşmaya bilərik, lakin işlərinə hörmət edirik”.
APA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev tvitter səhifəsində yazıb.











