İzmirdə həlak olanların sayı 79-a çatdı
02.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə dünyasını dəyişənlərin sayı 79-a çatıb.
bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.
Yaralı sayı 962 nəfərdir. Yaralananlardan 743 nəfər xəstəxanadan buraxılıb, 219 nəfərin isə müalicəsi davam edir.
İzmirdə 8 binada hələ də xilasetmə işləri aparılır.
Zəlzələ sonrası 1120 afterşok qeydə alınıb. Onlardan 43 afterşokun maqnitudası 4 baldan yuxarıdır.











