UEFA “Qarabağ”ın hesabına 3 milyon 964 min 310 avro vəsait köçürüb
02.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
UEFA-dan Azərbaycan çempionu “Qarabağ”a növbəti vəsait daxil olub.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin Avropa Liqası turnirinin qrup mərhələsində iştirakı üçün 2 milyon 750 min avro qazanıb.
Klubun son 10 il ərzində göstərdiyi nəticələrə – UEFA-nın əmsallar reytinqinə əsasən 1 milyon 214 min 310 avro ödənilib. Ümumilikdə 3 milyon 964 min 310 avro vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.











